Türkiyənin ən böyük bölgələrindən biri olan Bayburtda millət vəkili Qənirə Paşayeva Qarabağ münaqişəsi, Xocalı Soyqırımı, qondarma erməni soyqırımı iddiaları ilə bağlı konfrans keçirib. Konfransda ilk öncə çıxış edən əslən Bayburtlu olan SOCAR Türkiyənin rəhbəri Kənan Yavuz Azərbaycan-Türkiyə arasında bütün istiqamətdə o cümlədən iqtisadi sahədə genişlənən münasibətlərdən, Azərbaycan
O, Qarabağın dünyada yaşayan bütün azərbaycanlıların, türklərin vətənidir və tədbir iştirakçılarının əksəriyyətinin Qarabağda olmamasına baxmayaraq, Qarabağın hər birimiz üçün doğma olduğunu qeyd edib: "Biz inanırıq ki, Ermənistanın işğal etdiyi gözəl Dağlıq Qarabağımız və işğal altındakı digər o gözəl bölgələrimizin azad olduğu gün çox tezliklə gələcək və biz oranı ziyarət edəcəyik. Qarabağ əsrlər boyu Azərbaycan və türk tarix və mədəniyyətinin beşiklərindən biri olub. Mədəniyyətimizə əvəzsiz töhfələr verən dahi şəxsiyyətlər orada yetişib. Hər bir türk insanı Qarabağı hər gün yad etməli və gələcək nəsillərə çatdırmalıdır. Hər birimiz Qarabağı sevməli, xatırlamalıyıq. Çox təəssüf ki, işğalçılar tariximizi silmək üçün orada yerləşən mədəniyyət və tarixi abidələrimizi məhv edirlər və dünya buna göz yumur".
Dağlıq Qarabağ və ətraf bölgələrimizin 23 ildir Ermənistanın işğalı altında qalmasını sadəcə Azərbaycanın deyil, bütün Türk dünyasının ortaq məsələsi olduğunu vurğulayan millət vəkili Qənirə Paşayeva bildirib ki; "Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarına, soyqırımlara bütün dünyanın gözü bağlıdır. Amma bu belə davam etməyəcək. Beynəlxalq təşkilatlardan işğal altında olan torpaqlarımızı bizə vermələrini gözləməməliyik. AŞ, BMT kimi beynəlxalq təşkilatları Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalı ilə əlaqədar qəbul etdikləri qərarları vardır. Lakin bu qərarların heç biri tətbiq edilmir. Heç kim Ermənistana qarşı siyasi təzyiq göstərmir. O səbəbdən bunu özümüz etməliyik.Xocalı Soyqırımı, Dağlıq Qarabağ problemi, Şuşa acısı tək Azərbaycanın deyil, bütün Türk dünyasının problemidir".
Tədbirin sonunda millət vəkili Qənirə Paşayevanın yazar-araşdırmaçı İmdat Avşarla birlikdə hazırladığı Türkiyə Türkcəsində "Karabağ hikayeleri" kitabı, "Azərbaycan həqiqətləri" adlı filmlər toplusu və "Ruhum Qarabağlıdır" filmləri həmçinin "Hocalı Soykırımı: tanıkların dili ile" və "Dağıdılmış mədəniyyət beşiyi – Şuşa" filmi, eləcə də bir sıra kitablar konfrans iştirakçılarına təqdim olunub.
Sonra millət vəkili Qənirə Paşayeva gəncləri, ziyalıları və KİV təmsilçilərini maraqlandıran sualları geniş cavablandırıb və fikir mübadiləsi aparıb.






Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB