Qubanın Barlı və Amsarqışlaq kəndlərində iki min hektardan atrıq alma bağı quruma təhlükəsi ilə üz-üzə qalıb. Buna səbəb suvarma suyunun olmamasıdır. Mövsüm ərzində ən az 4 dəfə suvarılmalı bağ sahələrinə cəmi bir dəfə su verilib ki, bu da ağacların bir hissəsinin qurumasına, məhsulun böyük hissəsinin isə məhv olmasına səbəb olub.
Bağbanlar banklardan kredit götürərək sahələrlərin aqrotexniki qulluğuna xərcləyiblər. Bağların susuzluqdan məhv olması onları iki qat ziyana salıb. Bağbanlar bildiriblər ki, problemin həlli üçün ehtiyyat su anbarları yaradılmalıdır. Bununla da problem kökündən həllini tapmış olar. SİA-nın bölgə müxbirinin verdiyi xəbərə görə, problemə münasibət bildirən Quba Suvarma Sistemləri İdarəsinin baş mühəndisi İsrafil Bağırov sakinlərin şikayətlərinin haqlı olduğunu bildirib.
Onun sözlərinə görə, vəziyyətin yaranması Sudan İstifadə Edənlər Birliyinin təqsiridir. Məhz onlara suyu düzgün bölünməməsi belə bir problemə yol açıb. Amma bununla belə tezliklə tədbir görüləcək. O ki qaldı rayonda ehtiyyat su anbarlarının yaradılmasına, İsrafil Bağırov bu məsələ ilə bağlı Melorasiya və Su Təsərrüfatı Səhmdar Cəmiyyətinə təklif göndərildiyini bildirib.
Onun sözlərinə görə, təklif qəbul olunduqdan sonra bu işə başlanıla bilər.
Emin Kərimov



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB