Şahdağda "Velosipedçilər Günü” FOTOLAR

Şahdağda "Velosipedçilər Günü” FOTOLAR

Qusarda yerləşən "Şahdağ" Turizm Mərkəzində "Şahdağda Velosipedçilər Günü" adlı tədbir keçirilib. SİA-nın məlumatına görə, Azərbaycanda ilk dəfə təşkil olunan tədbirə 21 peşekar velosipedçi, həmçinin həvəskar velosideçilər qatılıb.

İştirakçılar kanat yolu ilə məhdudiyyətsiz qalxma imkanı əldə edib və bütün velosiped yolları onların ixtiyarına verilib. Velosipedçilər start yerinə xüsusi tutqaclarla təchiz edilmiş kanat yollarından istifadə etməklə çatdırılıblar. Ekstremalların istifadə etdiyi yol isə xeyli uzun və daha mürəkkəb olduğundan başlanğıc nöqtəyə kanat yolu ilə qalxmaq mümkün deyil. Bu səbəbdən də ekstremallar səviyyəsindən 2 min 351 metr hündürlükdə yerləşən start yerinə xüsusi avtomobillər vasitəsilə qalxıblar. Velosipedçilərin istifadəsinə verilən müxtəlif səviyyəli yolların uzunluğu 1-3 kilometr arasında dəyişib. Həvəskarlar üçün nəzərdə tutulan velosiped yollarında müxtəlif maneələr quraşdırılıb ki, bu da onlara bacarıqlarını nümayiş etdirmək imkanı verib. Tədbir turizm mərkəzi və "2Təkər Velo" mağazasının birgə təşkilatçılığı ilə keçirilib.

"Şahdağda Velosipedçilər Günü" adlı tədbirin təşkilində əsas məqsəd gənclərin velosiped idmanına marağını artırmaq, bu idman növünün daha da populyarlaşmasını və inkişafını təmin etməkdir.

Qeyd edək ki, turizm mərkəzində yarış iştirakçılarının gün ərzində əlverişli istirahəti üçün hərtərəfli şərait yaradılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə