Gəncədə ASAN Turizm fəaliyyətə başlayıb FOTOLAR

Gəncədə ASAN Turizm fəaliyyətə başlayıb FOTOLAR

ASAN xidmətin yaradılmasının 3 illiyi ilə əlaqədar daha bir funksional yardımçı xidmət yaradılıb. SİA-nın bölgə müxbirinin verdiyi məlumata əsasən mərkəzin müştəriləri yeni yaradılan turizm bölməsi vasitəsilə təklif olunan turizm xidmətlərindən də yararlana biləcəklər. Bir neçə aydır Bakıdakı ASAN xidmət mərkəzlərində göstərilən bu xidmət vətəndaşlara sərfəli şərtlərlə ölkədaxili və xaricdə istirahət imkanları təqdim edir. Gəncə ASAN xidmət mərkəzində fəaliyyət göstərən turizm bölməsi həftə içi hər gün vətəndaşların xidmətində olacaq.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə