Ziya Məmmədov vətəndaşları qəbul etdi

FOTOLAR
Ziya Məmmədov vətəndaşları qəbul etdi

Bu gün nəqliyyat naziri Ziya Məmmədov Şəmkirdə vətəndaşları qəbul edib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata əsasən 100-ə yaxın vətəndaş yol infrastrukturu və nəqliyyat məsələləri, kəndlərarası və kənddaxili yolların bərpası, körpülərin salınması, yeni avtovağzalın tikilməsi, işə qəbul və digər məsələlərlə ilə bağlı nəqliyyat naziri Ziya Məmmədova müraciət ediblər.

Qəbula Şəmkirlə yanaşı Qazax, Tovuz və Ağstafa sakinləri də qatılıb. Qaldırılan məsələlərin bir çoxu yerindəcə həllini tapıb, digər müraciətlərin araşdırılaraq həll olunması üçün nazirliyin aidiyyatı strukturlarının rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə