Bu gün Beynəlxalq Mətbuat Mərkəzində "Mediada İnnovativ Təşəbbüslərə Dəstək" İctimai Birliyi "İnformasiya təhlükəsizliyi milli təhlükəsizliyin elementi kimi" layihəsi çərçivəsində mətbuat konfransı keçirib. SİA-nın məlumatına görə, tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilib.
Layihənin koordinatoru Müşfiq Ələsgərli öz çıxışında bildirib ki, tədbirin keçirilməsində məqsəd internet üzərindən xəbər yayan informasiya istehsalçılarında və ümumilikdə internet istifadəçilərində yayılan informasiyalara görə yaranan hüquqi məsuliyyət barədə maarifləndirmə işi aparmaq olub: "İnternet üzərindən informasiya yayan vətəndaşlarda və qurumlarda yaydıqları informasiyalara görə daşıdıqları etik və hüquqi məsuliyyət barədə təsəvvür formalaşdırmaq günün vacib problemləri sırasındadır. Keçirdiyimiz tədbirdə internet üzərindən informasiya yayan vətəndaşların və qurumların diqqət yetirməli olduqları nüanslar barədə müzakirələr apardıq".
Çıxış edən "Azərbaycan Jurnalistlər Şəbəkəsi" İctimai Birliyinin sədri Ayaz Nizamioğlu internet üzərindən yayılan informasiyaların yaratdığı hüquqi məsuliyyət mövzusunda tədbirlərin xüsusən sərhədboyu bölgələrdə keçirilməsinə zərurət olduğunu bildirib. Diqqətə çatdırıb ki, hər bir mətbuat rəhbərləri də üzərilərinə düşən ağır yükün məsuliyyətini dərk etməlidirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB