SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin respublikanın yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində həyata keçirdiyi genişmiqyaslı işlərin davamı olaraq iyulun 24-də Zərdab rayonunun Əlibəyli və Allahqulubağı kəndlərinə ilk dəfə təbii qaz verilib. SOCAR-dan SİA-ya verilən xəbərə görə, bu münasibətlə keçirilən tədbirdə rayon icra hakimiyyətinin və "Azəriqaz" İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Bildirilib ki, 161 abonenti olan Əlibəyli kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında 11 748 metrliik metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 161 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılmışdır. Rayonun Allahqulubağı kəndinin 108 abonentinin qazlaşdırılması üçün isə 9493 metrlik metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.
Tədbirlərdə çıxış edən kənd sakinləri və ictimaiyyət nümayəndələri yaşayış məntəqələrinə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB