"Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: öyrən, araşdır, paylaş"

"Multikulturalizmin alternativi yoxdur"
"Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: öyrən, araşdır, paylaş"

Çoxəsrlik multikulturalizm və tolerantlıq ənənələrinə malik Azərbaycan xalqı bu fenomeni öz həyat tərzinə çevirməyi bacarıb. Multikulturalizm həm də Azərbaycanın dövlət siyasətində prioritet istiqamətlərdən biri kimi coxdan oz təsdiqini tapıb. Prezident İlham Əliyevin bununla bağlı səsləndirdiyi dəyərli fikir təkcə olkə mətbuatında deyi, dünyanın xəbər gundəmində də marağa səbəb olub. Prezident belə deyib: "Multikulturalizmin alternativi yoxdur. Azərbaycanda multikulturalizm yaşayır və inkişaf edir".

Ötən ilin may ayında Prezidentin Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) yaradılması ilə bağlı imzaladığı Sərəncam da bu fikrin əyani sübutudur. Mərkəz yarandığı vaxtdan etibarən böyuk layihələr həyata keçirir. BBMM-in əsas nailiyyətlərindən biri Azərbaycan multikulturalizmi fənninin həm ölkədə, həm də xaricdə tədrisidir. Bu ilin yaz semestrindən başlayaraq İtaliya, Rusiya, Bolqarıstan, Belarus, Litva, Çexiya və Gürcüstanın tanınmış universitetlərində, eləcə də ölkəmizin 7 ali təhsil müəssisəsində Azərbaycan multikulturalizmi fənni tədris olunmağa başlanıb və uğurla başa çatıb. Həmin fənnin tədrisi zamanı xüsusi fərqlənən tələbələr üçün 21 iyul-1 avqust tarixlərində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Bakı Slavyan Universitetinin təşkilatçılığı ilə "Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: öyrən, araşdır, paylaş" adlı beynəlxalq yay məktəbi təşkil olunub.

BBMM-in Himayəçilik Şurasının sədri, millətlərarası, multikulturalizm və dini məsələlər uzrə Dövlət müşaviri, akademik Kamal Abdullayevin təşəbbüsü ilə reallaşan yay məktəbi xarici universitetlərin tələbələrinin semestr boyu Azərbaycan haqqında əldə etdikləri nəzəri biliklərin ölkəmizi əyani şəkildə görməklə

tamamlanması məqsədi daşıyır. Adı çəkilən xarici ölkə universitetlərindən 50, yerli ali təhsil ocaqlarından 20 tələbənin, Almaniya, İsrail, Rusiya və Azərbaycandan olan mütəxəssislərin iştirakı ilə keçirilən yay məktəbi Bakıda start götürüb və hazırda ölkəmizin səfalı guşələrindən olan Nabran Təhsil İstirahət Mərkəzində, eləcə də Quba, Qusar, Xaçmaz şəhərlərində davam etdirilir.

"Azərbaycana olan marağı məhəbbətə cevirmək…"

Yay məktəbinin ilk günlərindən tədbirlərə qatılan mətbuat nümayəndəsi olaraq, xarici ölkələrdən gəlmiş tələbələrin tədbirlərə aktiv şəkildə, boyuk coşqu və həvəslə qatıldığının şahidi oldum. Tələbələrin Azərbaycana olan marağı, цlkəmizə bəslədikləri rəğbət hissi acıq-aydın hiss olunur.

İyulun 22-də yay məktəbinin iştirakcıları Bakı Slavyan Universitetinin (BSU) Azərbaycan Multikulturalizmi kafedrasında olublar. Qonaqlar həmcinin BSU-nun muzeyi, tədris-mədəniyyət mərkəzləri, zəngin kitabxanası ilə tanış olmaq imkanı əldə ediblər. Həmin gün BBMM-də beynəlxalq yay məktəbinin rəsmi açılış mərasimi olub. Mərasimdə BBMM-in icracı direktoru, professor Azad Məmmədov, Bilik Fondunun icracı direktoru Oktay Səmədov, BSU-nun rektoru Asif Hacıyev qonaqları salamlayaraq, onları ölkəmizdə görməkdən məmnunluqlarını bildiriblər, yay məktəbinin təşkili, məramı ilə bağlı fikirlərini bölüşüblər.

Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi xidmətinin aparıcı məsləhətcisi Anna Bayramovanın moderatorluğu ilə kecən açılış mərasimində yay məktəbinin proqramının müzakirəsi aparılıb, təklif və qeydlər dinlənilib. Qonaqların şərəfinə verilən ziyafətdən sonra Xəzər sahilində gəzinti təşkil edilib.

İyulun 23-də qonaqlar Fəxri Xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət ediblər. Ziyarətdən sonra Dövlət müşaviri, akademik Kamal Abdullayev yay məktəbinin iştirakçıları ilə görüşüb. Akademik qeyd edib ki,

xarici tələbələrdə Azərbaycana olan marağın məhəbbətə çevriləcəyinə əmindir: "Ölkəmizə gələn gənclərin əksəriyyəti bizim onlara təklif etdiyimiz Azərbaycan multikulturalizmi fənnini öz universitetlərində bir semestr boyu öyrənmiş tələbələrdir. Müəllimlərin və universitet rəhbərlərinin dediklərinə görə, fənnin tədrisi uğurla başa çatıb. Azərbaycan universitetlərindən də yay məktəbinə qatılan tələbələrimiz var. İnanıram ki, bu tələbələrin ünsiyyəti gələcəkdə onlara həm təhsildə, həm də karyera qurmaqda yardımçı olacaq. Sizin Azərbaycanı nəzəri şəkildə öyrənməyiniz ölkəmizi öz gözlərinizlə görməyinizlə tamamlanacaq. Bu, məni çox sevindirir. Bu yay məktəbi çərçivəsində hər görüşünüzdə, hər mühazirənizdə, hər bir insanla ünsiyyətiniz zamanı, Prezidentimizin də qeyd etdiyi kimi, multikulturalizmin Azərbaycanda həyat tərzi olduğunu görəcəksiniz".

Yay məktəbindən öncə keçirilən hazırlıq iclaslarında K. Abdullayevin bununla bağlı hər bir məsələyə necə diqqətlə, həssaslıqla yanaşması, bütün məqamları detallarınacan müzakirəyə çıxarması, demokratik təkliflərə açıq olmaqla yanaşı, həm də milli təəssübkeşlik hissini unutmadan verdiyi tapşırıq və tövsiyələr beynəlxalq əhəmiyyətli bu tədbirin uğuruna öncədən zəmanət verirdi. Yay məktəbinin iştirakçıları ilə görüşdə Dövlət müşavirinin maraqlı və dəyərli fikirləri xarici tələbələrin alqışları ilə muşayiət olunurdu.

"Beynəlxalq yay məktəbi intellektual koleydeskop kimi ən muxtəlif modifikasiyalar verə bilər"

Dovlət müşaviri yay məktəbinin iştirakçıları arasında dostluğun bundan sonra da davam edəcəyinə əminliyini ifadə edib: "İnanıram ki, burada yaranan tanışlıqlar bir ömür boyu dostluğa çevriləcək. Azərbaycanlı tələbələrə demək istəyirəm ki, onlar burada ozlərini ev sahibi kimi aparmalıdırlar. Öz həmkarları, tələbə dostları ilə gələcək ünsiyyət xətlərini müəyyənləşdirməlidirlər. Bundan təkcə Azərbaycan yox, İtaliya, Litva, Türkiyə, Rusiya, Bolqarıstan, Gürcüstan, Çexiya və ümumiyyətlə,

burada iştirak edən bütün tələbələr qazanacaqlar, mənəvi-intellektual xeyir götürəcəklər. Beynəlxalq yay məktəbi intellektual koleydeskop kimi ən muxtəlif modifikasiyalar verə bilər. Siz ilk qaranquşlarsınız. Gələcəkdə biz artıq yay məktəblərini sizin arzularınıza uyğun şəkildə qurmağa çalışacağıq".

Görüşdən sonra beynəlxalq yay məktəbinin iştirakçıları Nabran Təhsil İstirahət Mərkəzinə yola düşüblər.

Avqustun 1-dək davam edəcək yay məktəbinin maraqlı və zəngin proqramı var. Burada tələbələr "Azərbaycanın dövlət siyasətində tolerantlıq və multikulturalizm", "Azərbaycanda törədilmiş soyqırım cinayətləri, Qarabağ müharibəsi", "Avropada multikulturalizm siyasətinin problemləri" mövzusunda diskussiya və dəyirmi masalarada iştirak etmək, "Alman və Azərbaycan multikulturalizminin təhlili", "Azərbaycanda dini icmalar və din siyasəti", "Azərbaycanda gənclər siyasəti və idman", "Müqayisəli multikulturalizm", "Qafqaz Albaniyasının tarixi" mövzusunda yerli və xarici mütəxəssislərin mühazirələrini dinləmək, Quba, Qusar, Xacmaz və Qırmızı Qəsəbədə yerli gənclərlə tanış olub dostlaşmaq imkanı əldə edəcəklər. Proqramda tədrislə yanaşı, çoxsaylı əyləncələr – müxtəlif növlər üzrə idman yarışları, "Öz xalqını təqdim et", "Milli mahnılar" axşamı, mahnı və rəqs müsabiqələri nəzərdə tutulub. Müsabiqələrdə fərqlənənləri mükafatlar gözləyir. Sonda iştirakçı tələbələrə sertifikat və hədiyyələr təqdim olunacaq.

Deyilənlərə, yazılanlara və göru(l)nənlərə sozardı: Dövlət müşaviri Kamal Abdullayevin yay məktəbinin iştirakçıları ilə görüşdə səsləndirdiyi dəyərli fikirlər içərisində bir cümlə yaddaşlara həkk olunmaqla yanaşı, həm də onun təşəbbüskarı, təşkilatçısı olduğu hər şeyə - dediklərinə və həyata keçirdiklərinə mənəvi möhür rolunu oynadı: "Azərbaycan Prezidenti, dövləti, xalqı və cəmiyyəti həmişə calışır ki, ölkəmizin dostları ilə əlaqələri bir az da möhkəmlənsin". Dünyanın bir neçə aparıcı ölkəsinin nüfuzlu universitetlərindən gəlib beynəlxalq yay məktəbində iştirak edən

müəllim və tələbə kontingentinin simasında gələcəkdə Azərbaycanın çoxsaylı lobbisi, dostu və tərəfdaşı yaranacaq. Bütün bunlar bütövlukdə Azərbaycan multikulturalizminin və bunu aparıcı siyasətinə cevirən dövlətimizin uğuru və nailiyyətidir.

Sevinc MURVƏTQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə