Ayın ən dəhşətli günü sabah olacaq

Ayın ən dəhşətli günü sabah olacaq

İyulun 25-də Azərbaycanda hava yağmursuz olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gündüz mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 22-24, gündüz 33-35 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 33-38, dağlarda gecə 14-19, gündüz 25-30 dərəcə isti olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu 23-26 dərəcə isti təşkil edəcək.

Tibbi metereoloji proqnoza gəlincə, iyulun 25-dən 27-dək Abşeron yarımadasında gündüz saatlarında isti temperatur diskomfortu meteohəssas insanlar üçün əlverişsizdir.

Bütün xəbərlər Facebook səhifəmizdə