Bakıdakı kütləvi dava ilə bağlı Rəsmi açıqlama

Bakıdakı kütləvi dava ilə bağlı Rəsmi açıqlama

"Meridian" şadlıq sarayında baş verən insidentlə bağlı cinayət işi başladılıb. Bununla bağlı Bakı Şəhər Baş Polis İdarəsi və Bakı Şəhər Prokurorluğu məlumat yayıb.

Prokurorluqdan daxil olan məlumatda deyilir:

"İyulun 23-də saat 15 radələrində paytaxtın Nizami rayonu ərazisində fəaliyyət göstərən "Meridian" şadlıq sarayının yaxınlığında Quliyev Sənan Əli oğlu ailə münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı üstündə gəzdirdiyi bıçaqla arvadı Hüseynova Vüsalə Vüqar qızını qəsdən öldürmək məqsədilə bədəninin müxtəlif nahiyyələrinə çoxsaylı xəsarətlər yetirib, sonuncu aldığı xəsarətlərlə bağlı xəstəxanaya yerləşdirilib.

Rayon Polis İdarəsi və rayon prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, maddi sübutlar götürülüb, müvafiq ekspertizalar təyin edilib və digər təxirəsalınmaz zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam ödürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, həmin cinayətin törədilməsində şübhəli bilinən S.Quliyev tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir".

Xatırladaq ki, "Meridian" şadlıq sarayının yaxınlığında kütləvi dava baş verdiyi və ölənin olduğu barədə məlumat yayılmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə