Azərbaycanın baş naziri Artur Rasizadə Belarusun "Xalqlar dostluğu" ordeni ilə təltif edilib. SİA-nın BELTA agentliyinə istinadən verdiyi məlumata görə, A. Rasizadəyə bu ordeni Belarus prezidenti Aleksandr Lukaşenko şəxsən təqdim edib.
Azərbaycan rəhbərliyi dostluq münasibətlərinə malik olduğunu deyən A. Lukaşenko A. Rasizadənin Belarus-Azərbaycan əlaqələrinin inkişafı üçün çox işlər gördüyünü bildirib.
Qeyd edək ki, A. Rasizadə Belarusla Azərbaycan arasında iqtisadi-ticarət və humanitar sahədəki əlaqələrin inkişafına verdiyi töhfəyə görə bu ordenə layiq görülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB