Məcburi eniş edən təyyarənin sərnişinləri Gəncəyə başqa təyyarə ilə yola salınır
Moskvadan Gəncəyə uçan "Ural" Hava Yollarına məxsus təyyarə Rusiyanın Mineralnıe Vodı şəhərində məcburi eniş edib. Gəncə Beynəlxalq Hava Limanından SİA-nın bölgə müxbirinə verilən məlumata görə 411 saylı reysi həyata keçirən "Airbus" tipli təyyarə naviqasiya sistemində yaranan nasazlıq ucbatından mənzil başına çatmayıb. Təyyarədə yaranan texniki nasazlığı aradan qaldırmaq üçün Moskvadan Mineralnıe Vodı şəhərinə mütəxəssislər ezam edilib. Bununla belə sərnişinlər yaxın vaxtlarda başqa bir təyyarə ilə Gəncəyə yola salınacaq.
İlham Məmmədzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB