Göygöldə məhəllə daxili yollar asfaltlanır FOTOLAR

Göygöldə məhəllə daxili yollar asfaltlanır FOTOLAR

Göygöl rayonunda abadlıq və quruculuq işləri mərhələli şəkildə davam etdirilir. SİA-nın bölgə müxbirinin verdiyi məlumata əsasən bu quruculuq işləri mərkəzi küçə və prospektlərlə yanaşı ətraf kənd və qəsəbələri eləcədə yeni salınan yaşayış massivlərinidə əhatə edir. Rayon mərkəzində su və kanalizasiya xəttlərinin çəkilişi başa çatan məhəllələrdə küçələrə asfalt üzlük döşənir. Hazırda işlər Göygöl şəhərinin Mircəlal Paşayev və Zərdabi küçələrində aparılır. İşlərin vaxtında və kefiyyətlə başa çatdırılması üçün əraziyə kifayət qədər işçi qüvvəsi və texnika ayrılıb. Plana əsasən hər iki küçədə işlər qısa zamanda başa çatdırılaraq digər ərazilərin asfaltlanmasına başlanacaq.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə