Rezidenturaya qəbul olunanların nəzərinə

Rezidenturaya qəbul olunanların nəzərinə

Rezidenturaya qəbul olunanların qeydiyyatı başlanır. SİA-nın məlumatına görə, tələb olunan sənədləri iyulun 22-dən 28-dək müvafiq quruma:

Azərbaycan Tibb Universitetinin hərbi tibb fakültəsinə qəbul olunanlar Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə;

Naxçıvan Dövlət Universitetinə qəbul olunanlar Naxçıvan Dövlət Universitetinə;

Azərbaycan Tibb Universitetinin mülki ixtisaslarına və digər tibb müəssisələrinə qəbul olmuş şəxslər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Qeyd edək ki, namizədin bu müddətdə qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtinası kimi qiymətləndiriləcək və o, qəbul olunanlar siyahısından çıxarılacaq. Qeydiyyatdan keçmək üçün tələb edilən sənədlər və ixtisaslar üzrə sənədlərin qəbul olunacağı günlər barədə məlumatı TQDK-nın rəsmi saytından əldə etmək mümkündür.

Bütün xəbərlər Facebook səhifəmizdə