Lənkəranda 22 İyul - Milli Mətbuat günü qeyd edildi FOTOLAR

Lənkəranda 22 İyul - Milli Mətbuat günü qeyd edildi FOTOLAR

Bu gün Lənkəran Şəhər İcra Hakimiyyətində Milli Mətbuatımızın 140 illik yubileyi münasibətilə tədbir keçirilib. SİA-nın Cənub bürosunun məlumatına görə, icra aparatı rəsmilərinin və mətbuat işçilərinin qatıldığı tədbiri şəhər icra hakimiyyəti başçısının birinci müavini İlqar Dadaşov açaraq mətbuat nümayəndələrini təbrik edib.

Bildirib ki, xalqımızda milli şüurun oyanmasında, maarifçilik ideyalarının, istiqlal duyğularının güclənməsində əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş "Əkinçi" qəzetinin əvəzsiz xidmətləri olub. Azərbaycan mətbuatının tarixi inkişaf mərhələlərinə toxunan İlqar Dadaşov müstəqillik illərində mətbuatın qazandığı böyük uğurların Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edib. Azərbaycan iqtidarının söz, fikir və mətbuat azadlıqlarının yüksək səviyyədə təminatı sahəsində ardıcıl siyasət yürütdüyünü bildirərək ümummilli lider Heydər Əliyev tərəfindən 1998-ci ildə mətbuat üzərində senzuranın ləğv edildiyini, sonrakı mərhələlərdə Mətbuat Şurasının, Azərbaycan Respublikası Prezidenti yanında KİVDF-nin yaradıldığını diqqətə çatdırıb və Azərbaycan Respublikası Prezidentinin 2 iyul 2015-ci il tarixdə imzaladığı "Azərbaycan milli mətbuatının 140 illik yubileyinin keçirilməsi haqqında" sərəncamını jurnalistlərə yüksək qayğının əyani təzahürü kimi dəyərləndirib.

Sonra icra hakimiyyəti tərəfindən mətbuat işçilərinə fəxri-fərmanlar və mükafatlar təqdim edilib.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə