Vüsal Hüseynov: “Vətəndaşların hüquqları bərpa ediləcək” AÇIQLAMA

Vüsal Hüseynov: “Vətəndaşların hüquqları bərpa ediləcək” AÇIQLAMA

"Azərbaycanda "Xəmsə" MMC və "Birlik" MMC-nin rəhbərləri axtarışdadır. Vətəndaşlara vurulmuş zərərlə bağlı işlər görülür". Bu sözləri Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Komissiyasının katibi Vüsal Hüseynov bu gün keçirilən konfrans zamanı deyib.

O qeyd edib ki, vətəndaşlara dəymiş zərər ödəniləcək. Bundan başqa, hansı sahələrdə istintaqın açıldığı qeyd olunub: "Qanunun tələbinə uyğun olaraq evlər tikiləcək və vətəndaşların hüquqları bərpa ediləcək. "Beynəlxalq Bank"la bağlı isə istintaq işi davam etdirilir. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən 3 nəfər bu işlə məşğul olur. Vətəndaşlara dəymiş bütün zərər məhkəmənin qərarı ilə ödəniləcək. Bu günə qədər 6 səhiyyə, 3 bələddiyə, 4 kənd təsərrüfatı, 3 təhsil, 11 tikinti, ticarət və özəl sektorla bağlı cinayət işi açılıb. "Sevil Massivi"nin istintaqı ilə bağlı isə 5 nəfər saxlanılıb".

Bütün xəbərlər Facebook səhifəmizdə