Bərdədə milli mətbuatın 140 illik yubileyi münasibətilə tədbir keçirilib. Bərdə rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə ziyalılar, gənclər, jurnalistlər və ictimaiyyət nümayəndələri iştirak ediblər. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, çıxış edənlər Azərbaycanda milli mətbuatın yaranmasının ildönümü münasibətilə media işçilərini təbrik edib, milli mətbuatımızın zəngin və şərəfli yoluna, "Əkinçi" qəzetinin fəaliyyətinə nəzər salıblar. Azərbaycan müstəqillik əldə etdikdən sonra mətbuat sahəsində əldə olunan uğurlardan danışan natiqlər söz və mətbuat azadlığının, demokratik mühitin bərqərar olunmasında Ümummilli lider Heydər Əliyevin rolunu xüsusi vurğulayıblar. Diqqətə çatdırılıb ki, Ulu Öndərin siyasi kursu bu gün Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir, kütləvi informasiya vasitələrinə dövlətimiz tərəfindən mütəmadi olaraq maddi və mənəvi dəstək göstərilir.
Çıxış edən media işçiləri tədbirin təşkilatçılarına və milli mətbuatımızın inkişafına göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Sonda bir qrup jurnalistə, eləcə də bölgə muxbirimiz Şamxal Cəliloğluna gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi işinin işıqlandırılmasındakı xidmətlərinə görə Bərdə rayon Gənclər və İdman idarəsinin fəxri fərmanı təqdim olunub.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB