Kamran Əliyev: “Hazırda 118 cinayətin istintaqı aparılır” AÇIQLAMA
"Korrupsiya ilə mübarizə ölkənin prioritet sahələrindən biridir. Dövlət başçısı bununla bağlı müxtəlif qurumlar qarşısında tələblər qoyub". SİA-nın məlumatına görə, bu sözləri Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bu gün "2015-ci ilin I yarımilliyi ərzində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən görülmüş işlərə dair Statistik göstəricilər" mövzusunda keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.
O qeyd edib ki, Baş İdarə korrupsiyaya qarşı digər dövlət qurumları ilə birlikdə fəaliyyət göstərir. Bu günə qədər bir neçə qurum istintaqa cəlb olunub və işlər artıq məhkəməyə təqdim edilib: "Baş İdarə korrupsiyaya qarşı ixtisaslaşmış qurum olmaqla digər dövlət qurumları ilə birlikdə fəaliyyət göstərir. Cinayət işlərinin sayında azalma müşahidə edilib. "Aqrolizing" MMC, Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialı, "Sevil Massivi" və digər tikinti şirkətləri ilə bağlı cinayət işi açılıb. İstintaqın nəticələri məhkəməyə göndərilib. Aparılan istintaq zamanı 34 % qulluqdan istifadə etmə, 30 % dələduzluq halları müşahidə edilib. 94 milyon 859 min 53 manat dəyən ziyan məhkəmələr tərəfindən 2014-cü ildə ödənilib. 118 cinayətin istintaqı hazırda Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB