Bələdiyyələrin problemləri müzakirə olunub

Bələdiyyələrin problemləri müzakirə olunub

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Qloballaşma və Milli Həmrəylik" İctimai Birliyinin həyata keçirdiyi "QHT-Bələdiyyə münasibətlərinin inkişafına dəstək" layihəsi çərçivəsində növbəti tədbir baş tutub. SİA-nın xəbərinə görə, tədbiri "Qloballaşma və Milli Həmrəylik" İctimai Birliyinin sədri Həsən Qarayev açaraq bildirib ki, Azərbaycanda fəaliyyət göstərdiyi müddətdə bələdiyyələr bu günə qədər az-çox iş görə biliblər. Bu gün cəmiyyətdə bələdiyyələrin fəaliyyətinin birmənalı qarşılanmadığını diqqətə çatdıran QHT rəhbəri bildirib ki, bir çox hallarda onların adları problemlərdə çəkilir. Bələdiyyələrin fəaliyyətində ciddi problemlər mövcuddur

Tədbirdə o da diqqətə çatdırılıb ki, bələdiyyələrin fəaliyyətinin, istər onların təkmilləşdirilməsi, istərsə də onların qarşılaşdığı problemlərlə bağlı dövlət başçısı tərəfindən ötən il çox geniş qərarlar qəbul edilib, qanunlarda müəyyən düzəlişlər həyata keçirilib. Yenə dövlət başçısı tərəfindən 2014-cü ildə bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi, onların maliyyə istiqamətinin artırılması ilə bağlı çox ciddi addımlar atılıb.

Tədbirdə digər çıxış edənlər bildiriblər ki, problemlərin aradan qaldırılması tək bələdiyyələrin üzərinə düşmür. Onların timsalında, bu problemlərin aradan qaldırılması, bələdiyyələrin gördükləri işin, fəaliyyətin təbliği ilə bağlıdır. Yəni vətəndaş cəmiyyəti də bələdiyyə sistemində olan nümayəndələrin, təmsilçilərin gördükləri işi ictimaiyyətə təqdim etməlidir.

Tədbirdə iştirakçıları maraqlandıran suallara da aydınlıq gətirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə