Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi yarım ilin hesabatını verdi

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi yarım ilin hesabatını verdi

İyulun 22-də Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən 2015-ci ilin I yarım ili ərzində korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərlə bağlı kütləvi informasiya vasitələri və qeyri-hökümət təşkilatları nümayəndələrinin iştirakı ilə mətbuat konfransı keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə Azərbaycan Respublikası Baş prokurorunun müavini - Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev və Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın katibi Vüsal Hüseynov görülmüş işlər barədə ətraflı məlumat verib.

Mətbuat konfransını giriş sözü ilə açan K.Əliyev bildirib ki, ümummilli lider Heydər Əliyevin siyasi irsinə sadiqlik və yeni müstəvidə reallaşdırılan dövlətçilik siyasətinin konseptual əsaslarla davam etdirilməsi nəticəsində ötən dövrlərdə olduğu kimi 2015-ci ilin I yarısında da bütün sahələrdə yenidənqurma işləri davam etdirilmiş, mühüm nailiyyətlər qazanılmaqla irimiqyaslı uğurlara imza atılıb.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 may 2015-ci il tarixdə Azərbaycanın milli bayramı – "Respublika Günü" münasibətilə rəsmi qəbulda və digər çıxışlarında korrupsiya və rüşvətxorluğa qarşı çox ciddi mübarizə aparıldığını, bu istiqamətdə görülmüş işlərin yüksək qiymətləndirildiyini qeyd etməsi, bu kimi neqativ təzahürlərə qarşı mübarizə istiqamətində prokurorluq orqanları qarşısında çox mühüm vəzifələr qoymuşdur.

Bütün xəbərlər Facebook səhifəmizdə