Gəncə Dövlət Universitetinin ikinci tədris korpusunda mini-futbol meydançası yenidən qurulur. Hazırda meydançanın ətrafındakı divarlar suvanaraq yeni görkəmə salınır. SİA-nın bölgə müxbirinin verdiyi xəbərə görə, bundan başqa stadinonun su təchizatı və işıqlandırma sistemi də müasir tələblər səviyyəsində qurulur. Yekun mərhələdə meydançaya standartlara uyğun olan süni örtüklü qazonun salınması da planlaşdırılır.
Qeyd edək ki, mini-futbol meydançası yeni tədris ilinədək tələbələrin ixtiyarına veriləcək.
İlham Məmmədzadə
Bütün xəbərlər Facebook səhifəmizdə