Bilik Fondu jurnalistləri mükafatlandırdı FOTOLAR

Bilik Fondu jurnalistləri mükafatlandırdı FOTOLAR

Milli Mətbuatımızın yaranmasının 140 illiyi münasibəti ilə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Həsən bəy Zərdabinin maarifçilik ənənələrini davam etdirən, elmin, biliyin təbliğatında mühüm rol oynayan, həmçinin Fondun fəaliyyətini geniş işıqlandıran media orqanlarını mükafatlandırıb. SİA-nın xəbərinə görə, mükafatlandırma mərasimində çıxış edən Bilik Fondunun icraçı direktoru Oktay Səmədov Azərbaycan milli mətbuatının 140 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamını ölkədə media nümayəndələrinə ayrılan diqqət kimi dəyərləndirib. İcraçı direktor jurnalistləri Milli Mətbuat Günü münasibətilə təbrik edib, onlara ictimai fikrin formalaşdırılması kimi çətin və məsuliyyətli işdə uğurlar, operativlik və qərəzsizlik arzulayıb. O.Səmədov maarifçilik funksiyasını şərəflə daşıyaraq Bilik Fondu ilə eyni missiyaya xidmət edən media nümayəndələrinin təhsilin və elmin təbliğində yorulmadan çalışmasını yüksək qiymətləndirdiyini deyib.

Tədbirə dəvət olunan jurnalistlər kütləvi informasiya vasitələrinə göstərilən diqqətə görə Bilik Fonduna təşəkkür ediblər.

Sonda jurnalistlərə Bilik Fondunun hədiyyələri təqdim olunub.

1875-ci il iyulun 22-də görkəmli ziyalı, publisist, təbiətşünas alim Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlamış "Əkinçi" qəzeti milli mətbuatımızın ilk nümunəsi kimi tarixə düşüb.

Bütün xəbərlər Facebook səhifəmizdə