Arxeoloji qazıntılara son! FOTOLAR

Arxeoloji qazıntılara son! FOTOLAR

Tovuzda neolit və eneolit dövrünə aid "Menteş təpə" adlanan ərazidə 8 il öncə başlanılan işlərə yekun vurulur. Tədqiqatların əsas məqsədi Kür çayının orta axarında qədim yaşayış məskənlərinin tədqiq etməkdir. SİA-nın bölgə müxbirinin xəbərinə görə, radio-karbon analizlərinin nəticələri abidənin bizim eradan əvvəl VI minilliyə aid olduğunu deməyə əsas verir. Arxeologiya və Etnoqrafiya İnstitutunun Tovuz arxeoloji ekspedisiyasının Fransa milli elmlər araşdırmalar mərkəzinin mütəxəssisləri ilə birgə apardığı arxeoloji qazıntılar zamanı mindən artıq qədim əşya tapılıb ki, onlar arasında qızıl olanı da var. Fransa Ekspedisiyasının rəhbəri Behtil Yunenin sözlərinə görə, bu, Azərbaycanda nadir abidələrdəndir ki, burada ilkin neolit dövründən başlayaraq ilk tunc dövrünə qədər olan təbəqələr aşkar edilmişdir. "Bu tədqiqatlar Yaxın Şərqin və bu regionun arxeoloji cəhətdən bəzi qaranlıq məqamlarına aydınlıq gətirməyə əsas verəcək".

Kamran Əskiparalı

Bütün xəbərlər Facebook səhifəmizdə