Uşaqlar bərabərhüquqlu fərd kimi inkişaf edəcək

Uşaqlar bərabərhüquqlu fərd kimi inkişaf edəcək

Bu gün Azərbaycanın BMT-nin Uşaq Hüquqları haqqında konvensiyasını ratifikasiya etməsindən 23 il ötür. Uşaqların cəmiyyətdə tam bərabərhüquqlu fərd kimi inkişafını nəzərdə tutan konvensiya Azərbaycanın uşaq hüquqları ilə bağlı əksər qanunlarına uyğun olduğundan, həmin konvensiyadan irəli gələn məsələlər ölkəmizdə tam olaraq həyata keçirilir. SİA-nın bölgə müxbirinin verdiyi xəbərə görə, konvensiyanın 44-cü maddəsinə əsasən üzv dövlətlərin hər biri mütəmadi şəkildə 4 ildən bir uşaq hüquqları ilə bağlı ölkələrində görülmüş işləri uşaq hüquqları komitəsinə məruzə etməlidirlər. Azərbaycan da belə məruzələrlə mütəmadi olaraq çıxışlar edir. Bu barədə Ombudsman aparatının Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov bildirib ki, ötənilki məruzələrə nəzər salsaq, bunların əksəriyyəti uşaqların sosial təminatı ilə bağlı olub. Məişət zorakılığı, mənzillə təminat da bu məsələlərin içərisində olub.Onun sözlərinə görə, qeyd edilən həmin problemlər də müvəkkil aparatı tərəfindən öz həllini tapıb.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə