Cəlilabad -Yardımlı avtomobil yolu çöküb FOTOLAR

Cəlilabad -Yardımlı avtomobil yolu çöküb FOTOLAR

İntensiv yağışlardan sonra iki rayonu birləşdirən Cəlilabad -Yardımlı avtomobil yolunda torpaq sürüşməsi baş verib. SİA-nın Cənub bürosunun məlumatına görə, yolda ciddi aşınmalar olduğundan ərazidə nəqliyyat vasitələrinin hərəkətini təmin edən yeganə alternativ yol da təhlükəli vəziyyətə düşüb.

Qeyd edək ki, Cəlilabad-Yardımlı avtomobil yolunda bir müddət əvvəl torpaq sürüşməsi baş verib. Yolun Cəlilabad rayonunun Pərdi kəndinən keçən hissəsi 70 metr uzunluğunda dağılaraq çöküb. Yolun yatağında çökmə aktivliyi artdığından asfalt qatının dağılması prosesi də davam etməkdədir.Nəqliyyat vastələrinin hərəkətinin təmin olunması üçün ərazidə çəkilmiş aternativ yol da tədricən dağılaraq sıradan çıxmaqdadır. Sürücülərin sözlərinə görə, yağıntıların intensiv xarakter alacağı təqdirdə ərazidə torpaq sürüşməsinin bir neçə dəfə genişlənəcəyi istisna olunmur. Nəticədə isə 30-a yaxın yaşayış məntəqəsinin rayon mərkəzi ilə əlaqəsi tamam kəsilə bilər.

Сəlilabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Asif Əzizov sözlərinə görə, sürüşmə zonasına mütəxəssislər tərəfindən baxış keçirilib və problemin tezliklə aradan qaldırılması üçün müvafiq tədbirlər görülür.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə