"Yeni Müsavat" qəzetinin baş redakatoru Rauf Arifoğlunun Azərbaycan mətbuatının 140 illik yubileyi ilə bağlı dövlət mükafatına layiq görülməsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) rəhbərliyini qıcıqlandırıb. SİA-nın əldə etdiyi məlumata görə, artıq partiyanın sədri Əli Kərimlinin təlimatlarına uyğun olaraq sosial şəbəkədə fəaliyyət göstərən və "söyüş qrupu" kimi tanınan dəstə "Yeni Müsavat"ın baş redaktoruna qarşı kampaniyaya başlayıb.
Fuad Qəhrəmanlı: "Onu "təbrik" edin dostlar"
Təhqir kampaniyasına hazırda Əli Kərimlinin müavini Fuad Qəhrəmanlı rəhəbərlik edir. Sədr müavini şəxsi səhifəsində qeyd iddia edib ki, Rauf Arifoğlu iqtidara işlədiyinə görə "Əməkdar jurnalist" adını alıb, ona görə də o, "əməkdar satqındır". Sitat: "İnsafən demək lazımdır ki, adam bu iş üçün o qədər əmək sərf edib ki, üzünün suyu da gedib. Yəqin sevindiyindən bu gecə yata bilməz..."
Fuad Qəhrəmanlı bununla "söyüş qrupuna" təlimat ünvanlayaraq, qarşı tərəfi sətiraltı şəkildə təhqir etməyə çağırıb: "Onu "təbrik" edin dostlar".
Rauf Arifoğlu: "Siyasi iflasın ağuşundakılar illərdir virtual məkanı işğalda saxlayır"
Lakin Rauf Arifoğlu da Fuad Qəhrəmanlını və ona təhqirlər yağdıran Əli Kərimli dəstəsini cavabsız qoymayıb. O, qeyd edib ki, AXCP ona qarşı başlatdığı kampaniyanı yalnız virtual şəkildə apara bilər: "Hər şey virtuallaşır. Sevinc də, kədər də. Göz yaşları artıq virtual axır, taziyələr də artıq virtual verilir... Ağıl vermələrə alışqınıq - uğursuzluq simvolları, siyasi iflasın ağuşundakılar illərdir virtual məkanı işğalda saxlayır...
Virtual ağılar da gəldi, oldu tamam…"
""Azadlıq" hakimiyyətdən aldığı 307 min manat pulu, iki evi, "əməkdar jurnalist" adını qaytaracaqmı?!"
"Yeni Müsavat"ın baş redaktoru bunula bağlı AXCP rəhbərliyinə bir xatırlatma da edib: ""Azadlıq" hakimiyyətdən aldığı 307 min manat pulu, iki evi, "Əməkdar jurnalist" adını qaytaracaqmı" sualını verən baş redkator daha sonra qeyd edib: "Bu yazını bir daha paylaşmaqda fayda var. Kərimlinin qəzetinin rəhbərləri (Şərifov Sücəddin Vaqif oğlu, Şirinov Elşən Nəriman oğlu - hər ikisi qəzetin faktiki rəhbərləridir) Prezident İlham Əliyevin verdiyi evlərdə yaşayır, əməkdaşları (Hüseynova Gültəkin Knyaz qızı) 5 il öncə "Əməkdar jurnalist" adı alıb. Amma bizə gələndə "məkruh" buyurur, möhtərəm".
"Əminəm ki, bədxahlarımı bundan sonra hələ çox, həm də lap çox işlədəcəm"
Rauf Arifoğlu eyni zamanda uzun illər üzvü olduğu Müsavat Partiyasından da istefa verdiyini bəyan edib və Əli Kərimlinin dəstəsinin ona heç bir təsir edə bilməyəcəyini bildirib: "Dostlar, 15 iyuldan etibarən partiyasız müsavatçıyam. Həm də 26 il bundan öncə olduğu kimi, Yeni Müsavatçıyam. Bu da mənim partiyadan istefa ərizəmin tam mətni. Yeri gəlmişkən, bu gün qəzetçi kimi dövlətin mənə etdiyi jestə görə təbrik yazan, zəng edən 100-lərlə vətəndaşımıza (yalnız inboxa 324 özəl təbrik gəlib), virtual dostlara təşəkkür edirəm. 140 nəfər təltif olunanı bir kənara buraxıb, yalnız mənimlə uğraşan kərimovçular dəstəsinə də bu önəmdən dolayı sağ olsunlar deyirəm. Bilirsiz, iflas olan, pərişan və darmadağın bir düşərgənin, yaxınlarının belə tərk etdiyi liderlərin haqqımda nə deməsinin qərar və addımlarıma zərrəcə təsiri yoxdur, olmayacaq! Əminəm ki, bədxahlarımı bundan sonra hələ çooox , həm də lap çox işlədəcəm".
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
Texnologiya 20:49Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 20:27Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 20:05Ölümcül yük altında yatmaq...
Sosial 19:51ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 18:49İnsanı inandırmağın yeddi yolu..?
Sosial 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 17:52Kobaxidze Ermənistana səfər edib
Dünya 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 17:02Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 16:34Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 16:20Hərbivəzifəlilərin təlim toplanışı davam edir
Siyasət 14:51Bu ilin ilk 9 ayı ərzində ölkə ərazisində 1 100 transformator təmir olunub
İqtisadiyyat 14:50Tarixin yeni dövrünü yazan və yaşadan lider TƏHLİL
Siyasət 14:37Yəmən müharibəsi necə bitəcək? - GÜNÜN SUALI
Siyasət 14:35“Azərişıq”da elektrik enerjisi itkiləri azalır
İqtisadiyyat 14:03Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb
İqtisadiyyat 13:55"Azərişıq" ASC bu ilin yanvar-sentyabr aylarında 272 892 müraciət qəbul edib
İqtisadiyyat 13:49Payız depressiyası nədir? - ARAŞDIRMA
Sosial 13:46BDYPİ beynəlxalq sərgidə təmsil olunur
Sosial 13:20Sabah Bakıda hava çiskinli olacaq
Hadisə 12:51Laos üzv dövlət qismində AQEM-ə qoşulub
Siyasət 12:44SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...
Sosial 11:51Bakıda kəlağayı ilə milli irs yürüşü keçirilib - REPORTAJ
Mədəniyyət 10:55Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 10:45Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9067
+0,06%
-
GBP
2,2514
-0,24%
-
RUB
2,0148
-0,75%



