İki jurnalistə prezidentin fərdi təqaüdü verildi

İki jurnalistə prezidentin fərdi təqaüdü verildi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev kütləvi informasiya vasitələrinin nümayəndələrinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

SİA-nın xəbərinə görə, sənəddə deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:

1. Azərbaycanda kütləvi informasiya vasitələrinin inkişafındakı xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin:

Əhmədov Teymur Əkbər oğlu

Mikeladze Qalina Ələkpərovna

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin".

Bütün xəbərlər Facebook səhifəmizdə