Məlum olduğu kimi dövlət başçısı ölkədə suvarmaya ehtiyac olan ərazilərin suvarılmasını təmin etmək məqsədi ilə sərəncam imzalayıb. Bununla bağlı respublikanın bir neçə bölgəsində yeni artezian quyularının qazılması nəzərdə tutulub ki, artıq Samux rayonunda bu işlərə start verilib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata əsasən rayon üzrə 11 subartezian quyusundan bununda 7-də işlər tamamlanıb və hazırda 8-ci subartezian quyusunun qazılması istiqamətindıə işlər aparılır. Bu quyuların istifadəyə verilməsi ilə 500 ha əkin sahəsinin suvarılmasını təmin etmək mümükün olacaq. Samux rayon Suvarma Sistemləri İdarəsinin rəisi Gülağa Bağırov bildirib ki, Yanvar ayında komissiya gələrək ən çətin suvarılan ərazilər müəyyənləşdirilib. Onların əraziyə baxışından sonra 11 yeni subartezian quyusunun istifadəyə verilməsi planlaşdırılıb. Bununla da təxminən 500 ha ərazinin tam şəkildə suvarılması daha da yaxşılaşdırılacaq.
İlham Məmmədzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB