Sahibkar qadınlar İtaliyada sərgiyə qatılacaq

Sahibkar qadınlar İtaliyada sərgiyə qatılacaq

Qərb bölgəsindən bir qrup sahibkar qadın İtaliyada sahibkarlıq fəaliyyəti ilə bağlı keçiriləcək beynəlxalq sərgiyə qatılacaq. Səfər 6000-dən çox üzvü olan "Sahibkar Qadınlar" İctimai Birliyinin dəstəyi ilə reallaşacaq. SİA-nın bölgə müxbirinin verdiyi məlumata əsasən gələn ay keçiriləcək və Azərbaycan da daxil olmaqla, 10-dan çox ölkədən nümayəndələrin iştirak edəcəyi sərgidə sahibkarlar istehsal etdikləri mal və məhsulları nümayiş etdirəcək. Eləcə də təmsil olunan ölkələrdə sahibkarlığın inkişaf səviyyəsinin müzakirə olunacağı konfrans təşkil olunacaq. Sahibkar qadınların İtaliyadan sonra, Türkiyə və Çinə səfərləri planlaşdırılır.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə