Ümumilikdə 50-dən artıq sürücü saxlanılıb Qərb bölgəsində reydlərə başlandı

FOTOLAR
Ümumilikdə 50-dən artıq sürücü saxlanılıb Qərb bölgəsində reydlərə başlandı

Avtomobillərin təhlükəsiz hərəkətini təmin etmək üçün yol polisi əməkdaşları həftə sonu güncləndirilən iş rejimində çalışıb. Şəmkir rayon Dövlət Yol Polisi bölməsinin əməkdaşları Şəmkir-Gədəbəy avtomobil yolunda növbəti reydini keçirib. Yol polisləri bir neçə saat ərzində nə az nə çox düz 16 sərxoş sürücü aşkarlayıb. SİA-nın bölgə müxbirinin verdiyi xəbərə görə, Gəncə şəhər Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları bayram günlərində Hacıkənd qəsəbəsi əzarəzisinə nəzarəti gücləndirib. Təxminən 11 sərxoş sürücü aşkarlnıb ki onlarında barəsində müvafiq tədbirlər görülüb. Göygöl rayon Dövlət Yol Polisi bölməsinin əməkdaşlarıda xidməti ərazilərində reydlərini davam etdirib. Rayonun enişli yoxuşlu yollarında eləcə də Üçtəpə kəndi ərazisində keçirilən reyd zamanı 12 sərxoş və 20-yə yaxın sənədsiz sürücünün avtomobili cərimə meydançasına aparılıb.

Qeyd edək ki, ümumilikdə 2 gün ərzində qərb böləgəsində 50 sərxoş və 120 aftomobilləri idarə etmək hüququ olmayan şəxslər müəyən edilib ki, onlarında barəsində qanuna müvafiq tədbirlər görülüb.

Ilham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə