Daxili İşlər Nazirliyinin Ağstafa rayon Polis Şöbəsinin, Dövlət Yol Polisi İdarəsi Ağstafa şəhərində avtonəqliyyat vasitələrinin istismarı və yol hərəkəti qaydalarını, eləcə də qanundan irəli gələn digər tələbləri pozan sürücülərə qarşı reyd keçirib. Reyd zamanı qayda pozuntusuna yol verən 25 nəfər sürücüyə müəyyən edilmiş inzibati qaydada cəirmə tətbiq edilib. SİA-nın bölgə müxbirinin verdiyi xəbərə görə, mübahisə tabeçilik göstərməmək, yol polisi əməkdaşlarının qərarları ilə razlaşmamaq, yüksək sürət və sair yol hərəkəti qaydalarının pozulması halları, Daxili İşlər Nazirliyinin Ağstafa rayon Polis şöbəsinin, Dövlət Yol Polisi İdarəsi Ağstafa şəhərində keçirdikləri reyd zamanı baş verib. Avtonəqliyyat vasitələrinin istismarı və yol hərəkəti qaydalarını, eləcə də qanunun tələblərini pozan sürücülərə qarşı keçirilən reyd zamanı maraqlı anlar yaşanıb. Bəzi sürücülər yol polisinin saxla əmirinə tabe olmayıb, bəziləri yol polisinin reydin keçirildiyini gördükdə əks istiqamətə hərəkət edərək qaçıb, bəziləri isə avtombili sənədsiz idarə edib. Yolun əks istiqamətində avtomobilini saxlayan sürücülərə də rast gəlinib ki, onlarada yol polisi insektorları tərəfindən inzibati qaydada pratakol tətbiq edilib. Reyd zamanı ümumilikdə avtomobillərinin konstruksiyalarında dəyişiklik edən, sürücülük hüququ olmadan avtomobili idarə edən, alkaqollu içki qəbul edib sükan arxasında əyləşən 25 nəfər sürücü müəyyən edilərək barələrində müvafiq tədbirlər görülüb.
Kamran Əskiparalı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB