Bakı-Quba-Rusiya sərhədi yolu təmir və bərpa olunur. Hal- hazırda yollarda gücləndirilmiş iş prosesi davam edir. Yol İnfrakstrukturuna xeyli texnika cəlb olunub ki, yol tez bir zamanda yenidən qurulsun. SİA-nın bölgə müxbirinin verdiyi xəbərə görə, nəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkətini təmin etmək məqsədi ilə Bakı-Quba-Rusiya sərhədi yolunun 119-130-cu km-də əsaslı təmir işlərinə başlanılıb. Yolun təxminən 11 km-lik ərazi yük maşınlarının normadan artıq yüklənməsi nəticəsində sıradan çıxıb. Bu səbəbdən də avtomobillərin hərəkətində problemlər yaranırdı. Hazırda ərazidə 8 km-lik hissə yeni asfalt-beton örtüklə əvəz olunub. Qalan 3-km-lik hissədə isə qazma-torpaq işləri görülür, asfalt hissəsinin alt qatı vurulur. İşlərin vaxtında başa çatdılırması üçün əraziyə lazımi sayda texnika və canlı qüvvə cəlb olunub. Yolun yenidən qurulması ilə bağlı sürücülərdə əvvəllər narazı olsalarda indi çox razıdırlar.
Qeyd edək ki, görülən işlər nəticəsində yolun hərəkət hissəsi 1 metr genişlənib. Yolun kənarlarında isə 3-4 metr enində çiyinlər tikilib. Həmçinin dəmir arakəsmələr beton arakəsmələrlə əvəz olunub. Təmir işləri ilə əlaqədar magistralın sağ hissəsində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılıb.
Emin Kərimov




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB