Bu günün tarixi, tarixin bu günü

Bu günün tarixi, tarixin bu günü

1915 - Tanınmış opera müğənnisi, xalq artisti Ağababa Bünyadzadə (1915-1974) anadan olmuşdur.

1920 – Xalq Cumhuriyyətinin qurucularından biri, 1918 - 1920-ci illərdə Azərbaycan parlamentinin sədr müavini olmuş Həsən bəy Ağayev Tiflisdə erməni terrorçuları tərəfindən qətlə yetirilib. Cumhuriyyətin süqutundan sonra onun bir sıra xadimləri hələ rus işğalına məruz qalmamış Gürcüstana mühacirət etmiş və orada erməni terroru onları hədəf almışdı. Bir qədər əvvəl Xalq Cumhuriyyətinin baş naziri F.Xoyski də Tiflisdə qətlə yetirilmişdi.

1948-ci ildə müğənni Vaxtanq Kikabidze anadan olub

1962-ci ildə aktyor Entoni, Edvards anadan olub

1971-ci ildə boksçu Vitally Kliçko anadan olub

1976-cı ildə aktrisa Vinessa Şou anadan olub

1980-ci ildə Rusiyanın paytaxtı Moskvada yay olimpia oyunlarına start verildi. SSRİ-nin Əfqanıstanı işğal etməsinə etiraz edən bir çox ölkə olimpiadada iştirak etmədi

1996-cı ildə Azərbaycan Respublikası Mavriki ilə diplomatik əlaqələr yaradıb

2007 - Ermənistanın Dağlıq Qarabağda qurduğu marionet rejimdə növbəti siyasi göstəri - "prezident seçkisi" keçirilib. Qarabağ separatçılarının lideri vəzifəsində Akradi Qukasyanı Bako Saakyan əvəz edib. Azərbaycan bu seçkini qeyri-qanuni elan edib. Beynəlxalq təşkilatlar separatçıların "seçkisi"ni tanımadıqlarını bəyan ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə