Türkdilli Ölkələrin Beynəlxalq Jurnalistlər Dərnəyinin sədri Güngör Yavuz Aslan və Millət vəkili Qənirə Paşayeva Ermənistanla ön cəbhədə yerləşən "N" saylı hərbi hissədə Ramazan bayramı münasibətilə əsgərlərlə görüş keçirilib. SİA-nın bölgə müxbirinin verdiyi xəbərə görə,tədbirdə iştirak edən Türkdilli Ölkələrin Beynəlxalq Jurnalistlər Dərnəyinin sədri Güngör Yavuz Aslan ilk dəfə olaraq Azərbaycana gəldiyini və birinci səfərini də məhz ön cəbhədən başlamaq istədiyini bildirib. O, hərbçilərimizi müqəddəs Ramazan bayramı münasibətilə təbrik edərək, əsgərlərə xidmətlərində uğurlar arzulayıb. Millət vəkili Qənirə Paşayeva da bayram günlərində hərbiçilərin yanında olmağın hər bir vətəndaşın ümdə vəzifəsi olduğunu diqqətə çatdıraraq, bildirilib ki, hər bir azərbaycanlının ən böyük arzusu Ermənistanın işğalı altında olan torpaqlarımızın azad edilməsi və bayrağımızın Dağlıq Qarabağımızda dalğalanmasıdır.
Sonra xidməti dövründə fərqlənən əsgərlərə hədiyyələr təqdim olunub. Türkiyəli qonağa Azərbaycan əsgərinin forması təqdim edilib. Bayram tədbiri incəsənət ustalarının hazırladığı musiqili proqramla davam edib.
Kamran Əskiparalı
.jpg)
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB