Gəncə Dövlət Tarix-Diyarşünaslıq Muzeyində 30 mindən çox eksponat qorunub, saxlanılır. SİA-nın bölgə müxbirinin verdiyi məlumata əsasən Qərb bölgəsinin ən zəngin muzeyində eksponatlar tarixi ardıcıllıq və mövzuya uyğun nümayiş etdirilir. Bu il muzey ekspozisiyanın zənginləşdirilməsi üçün satınalma komissiyası yaradılıb, yeni eksponatlar gətirilib. Onlar arasında arxeoloji, etnoqrafik materiallar çoxluq təşkil edir. Bu il muzeyi daha çox məktəbli və tələbə ziyarət edib. Bu isə tariximizin yetişən nəslə təbliği baxımından əhəmiyyət kəsb edir.
İlham Məmmədzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB