Bu il Şəmkirdə istixanaların həcmi keçən illərlə müqayisədə xeyli artıb. SİA-nın məlumatına görə, buna səbəb fermerlərin bu sahədən daha çox gəlir əldə etmələri olub. Yetişdirilmiş məhsulun satışında da elə bir problem yaşanmır. Keçən illə müqayisədə bu il məhsulun Rusiya bazarlarına maneəsiz çatdırılması və yüksək qiymətə satılması da fermerləri razı salır.
Qeyd edək ki, hazırda rayonda 1500 hektar sahədə istixana var. Gələn il bu rəqəmin iki dəfə artması gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB