Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə Balakən rayonunda keçirilən "Mikrafon gənclərindir!" musiqi müsabiqəsinə yekun vurulub. SİA-nın məlumatına görə, Fondun elan etdiyi VI qrant müsabiqəsinin C kateqoriyası üzrə qalibi olmuş bu layihənin məqsədi istedadlı gəncləri üzə çıxarmaq, gənclərin asudə vaxtlarını mənalı və səmərəli təşkil etməkdir.
Belə ki, müsabiqənin birinci mərhələsi rayonun 5 zonasında keçirilib və seçim turlarında 100-dən artıq gənc iştirak edib. Zona turunda fərqlənən 10 gənc ifaçı müsabiqənin final mərhələsində iştirak etmək hüququ qazanıb.
Müsabiqənin yekun mərhələsi Balakən şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilib. İfaçıların çıxışları rayon gənclər və idman idarəsi, mədəniyyət və turizm şöbəsi mütəxəssislərinin daxil olduğu münsiflər heyəti tərəfindən qiymətləndirilib. Tamaşaçıların rəyi və münsiflər heyətinin qərarına əsasən, Nuray Kardaşov müsabiqənin qalibi elan edilib. Vasif Qasımov və Orxan Səfərov sonrakı yerləri tutublar.
Qeyd edək ki, müsabiqədə fərqlənən gənclər diplomlarla mükafatlandırılıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB