Füzulidə iftar süfrələri təşkil edilib

Füzulidə iftar süfrələri təşkil edilib

İslamın ən şəfqətli və müqəddəs ayı hesab edilən Ramazan ayı münasibətilə Füzuli rayonunun Horadiz şəhərində, Bala Bəhmənli kəndində və Birinci Qayıdış qəsəbəsində iftar süfrələri açılıb.

Dindarların, imkansız şəxslərin, qocaların, şəhid ailələri üzvlərinin, veteranların, məcburi köçkünlərin iştirak etdikləri iftar mərasimlərində Ramazan ayının fəzilətlərindən danışılıb, Qurani-Kərimdən ayələr oxunub, dualar edilib. Çıxış edənlər iştirakçıları Ramazan bayramı münasibətilə təbrik edib, ölkəmizdə milli mənəvi dəyərlərə göstərilən diqqət və qayğıdan, dini mərasimlərin keçirilməsinə yaradılan şəraitdən danışıblar. Qeyd olunub ki, təşkil olunan iftar süfrələri ölkəmizdə hökm sürən ənənəvi tolerantlığı və xalqımızın sıx birliyini nümayiş etdirir.

Ramazan ayı münasibətilə rayonun digər yaşayış məntəqələrində də iftar süfrələri açılıb, Bakı, Sumqayıt, Şirvan şəhərlərində və müxtəlif rayonlarda məskunlaşmış Füzuli rayonundan olan şəhid ailələrinə, eləcə də Qarabağ müharibəsi əlilləri və maddi vəziyyəti aşağı olan ailələrə bayram sovqatları verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə