Nazir Qubada vətəndaşları qəbul edəcək

Nazir Qubada vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri Azad Rəəhimov iyulun 21-də Qubada vətəndaşları qəbul edəcək. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, qəbulda Quba, Qusar, Siyəzən, Şabran və Xaçmaz, rayonlarının sakinləri iştirak edəcək. Saat 11-də Quba şəhəri Heydər Əliyev Mərkəzində baş tutacaq qəbula qeydiyyat iyulun 20-dək, saat 09-dan 18-dək aparılacaq.

Qəbula gəlmək istəyən vətəndaşlar Quba, Qusar, Siyəzən, Şabran və Xaçmaz rayonlarının gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə