Bayram və istirahət günləri ilə əlaqədar olaraq Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda sərnişinlərin qonşu ölkəyə keçidində müəyyən sıxlıq müşahidə olunub. Bu barədə SİA-ya Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən məlumat veriblər.
Bildirilib ki, Azərbaycan-Gürcüstan sərhədində gömrük əməkdaşları gücləndirilmiş iş rejimində çalışır və nəqliyyat vasitələri üçün nəzərdə tutulan 2 keçid xətti əvəzinə 4 keçid xətti fəaliyyət göstərir. Yaxın saatlarda sıxlıq aradan qaldırılacaq.
Qeyd edək ki, bu günlərdə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin Gürcüstan Maliyyə Nazirliyi Gömrük Departamentinin rəisi Vladimer Xundadze ilə görüşündə də bu kimi halların qarşısının alınması üçün iki ölkə arasında mövcud sərhəd-gömrük buraxılış məntəqələrində işlərin intensivləşdirilməsinin, yeni sərhəd-gömrük buraxılış məntəqələrinin açılmasının zəruriliyi vurğulanmış, gömrük-sərhəd keçid məntəqələrində mütəmadi olaraq ikitərəfli görüşlərin keçirilməsinin vacibliyi diqqətə çatdırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB