Nazir vətəndaşları Qusara dəvət etdi

Nazir vətəndaşları Qusara dəvət etdi

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Heydər Əsədov iyulun 24-da saat 11:00-da Qusar rayonunda Qusar, Quba, Xaçmaz, Şabran və Siyəzən rayonlarının sakinlərini qəbul edəcək. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüşdə iştirak etmək istəyən vətəndaşlar Quba Ərazi Kənd Təsərrüfatı İdarəsinə (Əlaqə telefonu: (050-636-09-09) və Kənd Təsərrüfatı Nazirliyinə (Əlaqə telefonu: 012-493-51-64, 050-352-06-27) müraciət edə bilərlər.

Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin Çağrı mərkəzi (1652) və elektron poçtu ([email protected]) vasitəsilə də qeydiyyatdan keçmək mümkündür.

Bütün xəbərlər Facebook səhifəmizdə