AZAL biletlərin qiymətinin təhlilinə başlayıb

AZAL biletlərin qiymətinin təhlilinə başlayıb

"Azərbaycan Hava Yolları" QSC (AZAL) aidiyyəti dövlət qurumları ilə birlikdə aviabiletlərin qiymətlərinin təhlilinə başlayıb. QSC-nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, təhlillərin nəticəsi əsasında qiymətlərə yenidən baxılması və optimallaşdırılması mexanizmi ilə bağlı təkliflər hazırlanacaq və hökumətə təqdim ediləcək.

Qeyd edək ki, təhlillər prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin I yarısının sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında aviabiletlərin qiymətləri ilə bağlı verdiyi tapşırığa uyğun olaraq aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə