Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan "ASAN xidmət" mərkəzlərində Ramazan bayramı ilə əlaqədar 17-18 iyul tarixlərində qeyri-iş günüdür. Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən SİA-ya verilən xəbərə görə, 19 iyul tarixindən etibarən isə vətəndaşlar "ASAN xidmət" mərkəzlərinə müraciət etməklə müvafiq xidmətlərdən yararlana biləcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB