Qubada mətbuatın 140 illiyinə həsr olunmuş regional tədbir keçirilir FOTOLAR - VİDEO
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin milli mətbuatımızın 140 illik yubileyinin keçirilməsi haqqında Sərəncama uyğun olaraq bu gün Quba şəhərində mətbuat nümayəndələrinin və rayon ictimaiyyətinin iştirakı ilə "Azərbaycan milli mətbuatı - 140: inkişaf yolu və müasir dövrün çağırışları" mövzusunda növbəti regional konfrans öz işinə başlayıb. SİA-nın xəbərinə görə, tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Tahir Süleymanov, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Quba Rayon İcra Hakimiyyətinin başçısının müavini Yusif Abidov, "Səs" Media Qrupun rəhbəri Bəhruz Quliyev, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu, "Xalq qəzeti"nin baş redaktoru Həsən Həsənov, bölgə rayonlarının icra hakimiyyətlərinin məsul əməkdaşları, yerli qəzetlərin, habelə Bakıda fəaliyyət göstərən qəzetlərin baş redaktorları iştirak ediblər.

Tədbirdən öncə iştirakçılar müasir Azərbaycan mətbuatının inkişafında misilsiz xidmətləri olan Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər. Tədbir iştirakçıları Qubadakı Heydər Əliyev Mərkəzində rəssam Kərim Kərimovun karikaturalarından ibarət sərgiyə baxış keçiriblər.
Konfrans Qubada Heydər Əliyev Mərkəzinin konfrans zalinda keçirilib.
Konfransı giriş sözü ilə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Tahir Süleymanov açıb. O, Azərbaycan Prezidentinin imzaladığı milli mətbuatımızın 140 illik yubileyinin keçirilməsi haqqında sərəncamından danışıb. Bildirib ki, yubiley tədbirləri artıq Zərdab, Gəncə, Qəbələ və Masallı rayonlarında keçirilib.
T.Suleymanov qeyd edib ki, cəmi 6 gün sonra Azərbaycan milli mətbuatı özünün yubileyini keçirəcək. 140 il bundan əvvəl Azərbaycanın vətənpərvər ziyalısı, görkəmli publisist Həsən bəy Zərdabi "Əkinçi" qəzetinin ənənəsinin əsasını qoyub. "Əkinçi" qəzetinin qısa ömründən danışan T. Süleymanov bu qəzetin üzərinə düşən missiyanı uğurla həyata keçirdiyini diqqətə çatdırıb. T.Süleymanov ulu öndər Heydər Əliyevin mətbuata qayğısından danışaraq qeyd edib ki, islahatlar sayəsində iqtisadiyyatımızda baş verən dirçəliş mətbuata dövlət dəstəyinin də göstərilməsinə səbəb oldu. Qəzetlərin nəşriyyata borcu silindi, mediaya maliyə dəstəyinin göstərilməsi üçün Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradıldı. Rəqəmlərə diqqət etsək görərik ki, Fond vasitəsilə mətbuata 20 milyon manat vəsait ayrılıb.

Sonra Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxış edib. O, "Əkinçi" qəzetinin milli mətbuatımız üçün mütərəqqi ənənələr formalaşdırdığını bildirib, mətbuatımızın müxtəlif tarixi mərhələlərdə keçdiyi inkişaf yolundan söz açıb. Mətbuat Şurasının sədri rəhbərlik etdiyi qurumun mətbuat-dövlət, mətbuat-cəmiyyət münasibətlərinin sivil qaydada tənzimlənməsi və reket jurnalistikaya qarşı mübarizə sahəsində gördüyü işlər barədə də məlumat verib. Bölgələrdə fəaliyyət göstərən, eyni zamanda bölgələrdən araşdırma yazan jurnalistlər haqqında tədbir iştirakçılarına məlumat verən Ə.Amaşov əlavə edib ki, Azərbaycan jurnalistikası doğruluğu sevir: "Azərbaycanda jurnalistlərə gözəl sərait yaradılıb. Ancaq bəzi saytlar var ki, qarayaxmalarla məsğul olurlar".
Mətbuat Şurasının sədri üzünü region ictimaiyyətinə tutaraq bildirib ki, əgər qarayaxmalarla rastlasirsinizsa axira kimi gedin. Və məhkəmələrdə doğru olduğunuzu sübut edin.

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli çıxış edib. Vüqar Səfərli çıxışında KİV-ə dövlət qayğısının sistemli və ardıcıl şəkildə həyata keçirilməsi məqsədilə ölkə başçısının 2008-ci ildə imzaladığı müvafiq sərəncamla Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Konsepsiyasının təsdiq edildiyini xatırladıb. İcraçı direktor həmçinin ötən illərdə Fondun KİV-in maddi-texniki bazasının təkmilləşdirilməsi, ölkə jurnalitslərinin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, sosial vəziyyətlərinin yaxşılaşdırılması və digər proritet istiqamətlərdə gerçəkləşdirdiyi layihələr barədə də ətraflı məlumat verib. Çıxışını davam etdirən Vüqar Səfərli jurnalistlərə dövlət hesabına mənzillərin verilməsini dünyada analoqu olmayan müsbət təcrübə olduğunu deyərək ölkə başçısının bu diqqət və qayğısının mətbuat nümayəndələri tərəfindən yüksək dəyərləndirildiyini vurğulayıb. V.Səfəri Bakıda keçiriləcək yubiley tədbirində də Fondun müsabiqəsində iştirak edən, eləcə də mətbuatda əməyinə görə fərqlənən jurnalistlərin mükafatlandırılacağını söyləyib.
Tədbir regionda fəaliyyət göstərən qəzetlərin baş redaktorlarının və rayonların icra hakimiyyəti başçılarının humanitar məsələlər üzrə müavinlərinin çıxışları ilə davam edib.
Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Yisif Abidov qonaqları salamlayıb. Öz çıxışında milli mətbuatın 140 illik yubiley tədbirlərinin Quba rayonunda keçirilməsinin əhəmiyyətindən danışıb.
"Xalq" qəzetinin baş redaktoru Həsən Həsənov konfransda çıxış edərək mətbuata dövlət qayğısından, bu qayğının sayəsində jurnalistikamızın inkişaf etməsindən danışıb.
Konfrans tədbir iştirakçılarının çıxışları ilə davam etdirilib.





















Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
Texnologiya 20:49Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 20:27Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 20:05Ölümcül yük altında yatmaq...
Sosial 19:51ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 18:49İnsanı inandırmağın yeddi yolu..?
Sosial 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 17:52Kobaxidze Ermənistana səfər edib
Dünya 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 17:02Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 16:34Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 16:20Hərbivəzifəlilərin təlim toplanışı davam edir
Siyasət 14:51Bu ilin ilk 9 ayı ərzində ölkə ərazisində 1 100 transformator təmir olunub
İqtisadiyyat 14:50Tarixin yeni dövrünü yazan və yaşadan lider TƏHLİL
Siyasət 14:37Yəmən müharibəsi necə bitəcək? - GÜNÜN SUALI
Siyasət 14:35“Azərişıq”da elektrik enerjisi itkiləri azalır
İqtisadiyyat 14:03Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb
İqtisadiyyat 13:55"Azərişıq" ASC bu ilin yanvar-sentyabr aylarında 272 892 müraciət qəbul edib
İqtisadiyyat 13:49Payız depressiyası nədir? - ARAŞDIRMA
Sosial 13:46BDYPİ beynəlxalq sərgidə təmsil olunur
Sosial 13:20Sabah Bakıda hava çiskinli olacaq
Hadisə 12:51Laos üzv dövlət qismində AQEM-ə qoşulub
Siyasət 12:44SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...
Sosial 11:51Bakıda kəlağayı ilə milli irs yürüşü keçirilib - REPORTAJ
Mədəniyyət 10:55Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 10:45Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9067
+0,06%
-
GBP
2,2514
-0,24%
-
RUB
2,0148
-0,75%



