Bölgələrimizdəki hottelər günün tələblərinə cavab verirmi? FOTOLAR

Bölgələrimizdəki hottelər günün tələblərinə cavab verirmi? FOTOLAR

Prezident İlham Əliyevin turizmin inkişafı baxımından otellərdə xidmətin yüksək səviyyədə olması və qiymətlərin münasib olması ilə bağlı çıxışı vətəndaşlar tərəfindən sevinclə qarşılanıb. SİA-nın bölgə müxbirinin verdiyi xəbərə görə, bu gün bölgələrimizdə müasir standartlara cavab verən hotellərin olub-olmaması ilə bağlı əməkdaşlarımız Ağstafa rayonunda olan bir neçə hoteldə olub. Reydlər zamanı bu hotellər tam olaraq müasir standartların tələblərinə cavab verməsə də, elə otaq qiymətləri də hotellərin səviyyəsinə görə uyğunlaşdırılıb. Demək olar ki, rayonda olan bir neçə hoteldə qiymətlər eynidir. Otaqların konfortundan asılı olaraq, qiymətlər 10 manatdan, 25 manatadək dəyişir. Buna baxmayaraq, hoteldə istrahət edənlər qiymətlərə görə xidmətdən razı qaldıqlarını deyir.

Kamran Əskiparalı

Bütün xəbərlər Facebook səhifəmizdə