Təyyarə və helikopterlərimiz cəbhəboyu uçuşlar keçirir

Təyyarə və helikopterlərimiz cəbhəboyu uçuşlar keçirir

Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi döyüş hazırlığı planına əsasən, Azərbaycanın Hərbi Hava Qüvvələrinin təyyarə və helikopterləri cəbhəboyu zona üzərində təlim-döyüş uçuşları keçirir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, təlimlərdə döyüş vəziyyətinə yaxın və şərti düşmən tərəfindən radioelektron maneələrin tətbiqi şəraitinə uyğun, düşmənin yerüstü, hava hücumundan müdafiə qurğuları və digər hədəflərinə zərbə endirmək, quru qoşunları ilə qarşılıqlı əlaqədə fəaliyyət üzrə tapşırıqlar məşq etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə