Regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramında müəyyən edilmiş tədbirlərə müvafiq olaraq iyulun 15-də Lənkəran rayonunun Vilvan, Xolmili və Vel kəndlərinə 25 illik fasilədən sonra təbii qazın verilişi bərpa olunub. SİA-nın Cənub bürosunun məlumatına görə, bu münasibətlə həmin yaşayış məntəqələrində yerli icra strukrurlarının və "Azəriqaz" İstehsalat Birliyinin təmsilçilərinin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə mərasim keçirilib. Qeyd olunub ki, 937 abonenti olan Vilvan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında müxtəlif dametrli 2098 metr polietilen və ümumi uzunluğu 42438 metr müxtəlif diametrli polad borularla məhəllədaxili qaz xətləri çəkilib, 937 sayğac və fərdi tənzimləyici quraşdırılıb. 549 abonenti olan Xolmili kəndinin qazlaşdırılması üçün 24166 metr uzunluğunda metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, sayğac və fərdi tənzimləyicilər quraşdırılıb. 219 abonenti olan Vel kəndinin qazlaşdırılmasından ötrü 10894 metrlik müxtəlif diametrli polad borulardan istifadə edilməklə 219 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Açılış mərasimlərində yerli sakinlər çıxış edərək onların yaşayış səviyyəsinin yaxşılaşdırılmasına göstərdikləri diqqət və qayğıya görə dövlət başçısına və müvafiq strukturların rəhbərlərinə minnətdarlıqlarını çatdırıblar.
Sərraf Mirsəfəroğlu


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB