Erməni ordusu cəbhə bölgəsində növbəti dəfə təxribat törədib. Belə ki, mənfur qonşularımız Qazax rayonunun cəbhəyanı kəndlərinin neytral hissəsini yandırıb. Yanğın Qazağın bir neçə kəndinin əkin sahəsinə çataraq təsərrüfatlara xeyli ziyan vurub. SİA-nın bölgə müxbirinin verdiyi xəbərə görə, cəbhənin Qazax rayonu istiqamətində yerləşən əraziləri alov bürüyüb. Son vaxtlar düşmən ordusu neytral ərazilərə tez-tez od vurmaqla təxribatlar törətməkdə davam edir . Yanğın əsasən Qazax rayonunun düşmənlə təmas xəttində yerləşən Fərəhli kəndi istiqamətindən daha aydın görünür . Havaların quraq və küləkli keçməsi alovun cəbhəyanı kəndlərə doğru istiqamət alması ilə nəticələnib. İlk əvvəl Fərəhli kəndinə tərəf şütüyən alov daha sonra Alpout və Abbasbəyli kəndlərində kənd sakinlərinə məxsus təsərrüfat və əkin sahəsinə tərəf yan alıb.
Lakin Fövqəladə Hallar Nazirliyinin Qazax Yanğından Mühafizə şöbəsinin əməkdaşları yanğının ərazidə genişlənməsinin qarşısını ala biliblər. Yanğın qısa müddətdə tam söndürülüb.
Kamran Əskiparalı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB