Bayram günləri temperatur 8 dərəcə aşağı düşəcək XƏBƏRDARLIQ

Bayram günləri temperatur 8 dərəcə aşağı düşəcək XƏBƏRDARLIQ

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti havanın temperaturunun kəskin şəkildə ağaı düşməsi ilə bağlı əhaliyə xəbərdarlıq edir. Departamentdən SİA-ya verilən xəbərə görə, iyulun 16-sı gündüzdən ikinci ongünlüyün sonunadək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimal-qərb küləyinin ayrı-ayrı yerlərdə arabir güclənəcəyi, şimşək çaxacağı, fasilələrlə yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli olacağı gözlənilir. Havanın temperaturu tədricən 4-8 dərəcə aşağı enəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə