“Yol polisi sürücü münasibətləri” mövzusunda tədbir keçirilib FOTOLAR
Bu gün Bakıda "Yol polisi sürücü münasibətləri" mövzusunda tədbir keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə millət vəkilləri, ictimaiyyət nümayəndələri, Daxili İşlər Nazirliyi, Baş Dövlət Yol Polisi İdarəsi, Bakı şəhər Dövlət Yol Polisinin əməkdaşları iştirak edib.
Çıxış edənlər yol polisi-sürücü münasibətləri ilə bağlı fikirlərini açıqlayıb, çatışmazlıqları qeyd edərək qanunvericiliklə bağlı müxtəlif təkliflər səsləndiriblər.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə yol polisi-sürücü münasibətlərinə həsr olunmuş layihə çərçivəsində baş tutan tədbirdə həmçinin, İlk Avropa Oyunlarında yol hərəkəti təhlükəsizliyi ilə bağlı nümunəvi xidmətlər göstərmiş Bakı şəhər DYP-nin 19 əməkdaşı, 1 tağımı, habelə, Bakının rayon Dövlət Yol Polisi şöbələrinin 11 əməkdaşı "Jurnalistika və İnkişaf Mərkəzi" İctimai Birliyi, Avtosfer.az saytı və "Digesta" Hüquq Firmasının təsis etdiyi diplomlar və müxtəlif şirkətlərin hədiyyələri ilə təltif olunublar.
Tədbirdə çıxış edən "Jurnalistika və İnkişaf Mərkəzi" İctimai Birliyinin sədri, Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı bildirib ki, layihə 4 ay ərzində həyata keçirilib. Layihənin əsas məqsədi ölkəmizdə yol hərəkəti mədəniyyətinin yüksəldilməsi, yol hərəkəti iştirakçıları arasında nizam-intizamın gücləndirilməsi naminə Dövlət Yol Polisi əməkdaşları ilə sürücülər və digər hərəkət iştirakçıları arasında qarşılıqlı inam və etimadın daha da gücləndirilməsidir.
Yol polisi əməkdaşlarının mükafatlandırılmasının sırf Avropa Oyunları və 2 İyul - Polis Günü münasibətilə həyata keçirildiyini deyən E.Muradlı bildirib ki, həqiqətən də DYP əməkdaşları Oyunlar ərəfəsində və Oyunlar müddətində müstəsna xidmətlər göstəriblər: "Bəlkə də bizlərdən heç bir o cür ağır iş şəraitinə dözə bilməzdik. Amma yol polisləri bunun öhdəsindən layiqincə gəldilər və heç bir problem də olmadı. Gecənin yuxusuzluğu, günün istisi onları qorxutmadı. Əlbəttə, biz istərdik ki, həmin əməkdaşların hər birini mükafatlandıraq, bu simvolik hədiyyələrlə onların işinə qiymət verək. Lakin imkanımız buna çatdı ki, 31 diplom hazırlayıb onların əməyinə qiymət verdik. Ümid edirəm ki, bu əməkdaşlar gələcəkdə öz işlərində daha yüksək nəticələr göstərək daha böyük hədiyyələrə, mükafatlara layiq görüləcəklər".
E.Muradlının sözlərinə görə, yol hərəkəti təhlükəsizliyinin müasir səviyyədə təmin olunmasını DYP-nin səmərəli nəzarəti olmadan təsəvvür etmək mümkün deyil: "Bu nəzarətin ali məqsədi yollarımızı daha təhlükəsiz etmək, cəmiyyətin fasiləsiz və rahat nəqliyyata olan ehtiyaclarının ödənilməsinə şərait yaratmaqdır. Layihə çərçivəsində sürücülərin müxtəlif istiqamətlərdə maarifləndirilməsi ilə yanaşı, yol polisi əməkdaşları ilə görüşlərin keçirilməsi, yollarımızda mövcud olan tipik problemlərin öyrənilməsi, xüsusən sürücülərin daha çox səhvə yol verdiyi məqamların aydınlaşdırılması və onların aradan qaldırılması istiqamətində konkret təbliğat işi zəruridir".
Təşkilat sədri bildirib ki, DYP əməkdaşları ilə görüşlərin təşkili ilə bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubova edilən müraciətə müsbət cavab verilib və görüşlərə start verilib. Bundan əlavə, Avropa Oyunları ərəfəsində Azərbaycan-ingilis dili lüğəti hazırlanaraq DYP əməkdaşlarına pulsuz paylanılıb.
Qeyd edək ki, tədbir müzakirələr ətrafında davam edib.



Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Sudanda təyyarə qəzası olub - 5 uşaq həlak olub
Dünya 23:02Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
Texnologiya 20:49Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 20:27Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 20:05Ölümcül yük altında yatmaq...
Sosial 19:51ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 18:49İnsanı inandırmağın yeddi yolu..?
Sosial 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 17:52Kobaxidze Ermənistana səfər edib
Dünya 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 17:02Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 16:34Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 16:20Hərbivəzifəlilərin təlim toplanışı davam edir
Siyasət 14:51Bu ilin ilk 9 ayı ərzində ölkə ərazisində 1 100 transformator təmir olunub
İqtisadiyyat 14:50Tarixin yeni dövrünü yazan və yaşadan lider TƏHLİL
Siyasət 14:37Yəmən müharibəsi necə bitəcək? - GÜNÜN SUALI
Siyasət 14:35“Azərişıq”da elektrik enerjisi itkiləri azalır
İqtisadiyyat 14:03Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb
İqtisadiyyat 13:55"Azərişıq" ASC bu ilin yanvar-sentyabr aylarında 272 892 müraciət qəbul edib
İqtisadiyyat 13:49Payız depressiyası nədir? - ARAŞDIRMA
Sosial 13:46BDYPİ beynəlxalq sərgidə təmsil olunur
Sosial 13:20Sabah Bakıda hava çiskinli olacaq
Hadisə 12:51Laos üzv dövlət qismində AQEM-ə qoşulub
Siyasət 12:44SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...
Sosial 11:51Bakıda kəlağayı ilə milli irs yürüşü keçirilib - REPORTAJ
Mədəniyyət 10:55Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9067
+0,06%
-
GBP
2,2514
-0,24%
-
RUB
2,0148
-0,75%



